KXDR lideri Pekində dayanmadı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı Vyetnamdan ölkəsinə aparan qatar Pekində dayanmayaraq yoluna davam edir. SİA Yonhap agentliyinə istinadla xəbər verir ki, martın 2-də səhər Vyetnamın Çin ilə sərhədində yerləşən Donq Danq stansiyasından yola çıxan qatar bu gün yerli vaxtla saat 16:00 radələrində Çinin Şimali Koreya sərhədinə yaxın yerləşən Bensi şəhərindən keçib. Güman olunur ki, yaxın saatlarda qatar Çin-KXDR sərhədindəki Dandun şəhərinə çatacaq.

Beləliklə, bəzi mənbələrin KXDR lideri Kim Çen Inın ölkəsinə qayıdarkən yolüstü Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcəyi barədəki məlumatları təsdiqini tapmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə