Çad Liviya ilə sərhədini bağladı

Çad Liviya ilə sərhədini bağladı

Çad hökuməti bölgənin təhlükəsizliyini artırmaq üçün Liviya ilə sərhədin bağlanılacağını açıqlayıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Bu bölgə Çadın bir hissəsi olsa da, quldur, terrorist və üsyançılar üçün qala halına çevrilib. Dövlət asayişi bərpa etmək üçün qərar aldı. Biz Çadlla Liviya arasında sərhədi bağlamaqla bağlı qərar vermişik",- deyə Çadın silahlı qüvvələrin rəhbəri Mahamət Abalı Salahı açıqlayıb.

Digər tədbirlər ölkənin şimalında sərhəd bölgəsində qızılın yuyulmasına və bu zonada yaşayan bütün əhalinin silahsızlaşdırılması qadağanını nəzərdə tutur.

Xatırladaq ki, 2017-ci ildə də Çad Liviya ilə sərhədi bağlasa da, sonradan qismət açıldığını elan etmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə