ABŞ-da tornado qurbanlarının sayı artır

ABŞ-da tornado qurbanlarının sayı artır

ABŞ-ın Alabama ştatında baş verən tornada nəticəsində ölənlərin sayı 22, zərəçəkənlərin sayı isə 40 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 14 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, itkin düşənlərin sayının artması ilə bağlı xəbərlər ölənlərin sayının artacağını istisna etmir.

Qeyd edək ki, tornado ərazidə yerləşən bina və fərdi evlərə güclü ziyan vurub. Ərazidə fövqəladə vəziyyət elan edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com