Türkiyə 2023-cü ildə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.
O, qeyd edib ki, ölkə 2023-cü ildə öz istehsalı olan ilk qırıcısını təqdim edəcək. Lakin yeni silahin orduya 2031-ci ildə qəbul ediləcəyi planlaşdırılır. "Biz artıq 2026-cı ildə onu səmada görə biləcəyik", - deyə Fuat Oktay qeyd edib. Qeyd edək ki, Türkiyənin öz qırıcısını yaratması niyyəti 2017-ci ildə məlum olub.
Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB