İsveçdə 90 nəfərin iştirakı ilə kütləvi dava olub. Bu barədə SİA "Dagens Nyheter" qəzetinə istinadən yazır. Hadisə E-4 yolunda, istirahət mərkəzində baş verib. İki qrupun toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis şahidləri dindirir.
Hadisə ilə bağlı hələ heç kim saxlanılmayıb. Daha əvvəl İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən mehmanxanalardan birində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB