“Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayır”. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
“ABŞ Dövlət Departamenti 1997-ci ildə terror qruplaşması kimi tanıdıqları PKK-nın xarici terror təşkilatları siyahısında qalacağını bəyan edib. Dövlət Departamentinin açıqlamasında PKK-ya qarşı mübarizənin qərarlı formada davam edəcəyi vurğulanıb. Biz də bunu alqışlayırıq. Müttəfiqimiz ABŞ-dan eyni yanaşmanı PKK-nın bölgədəki qolları olan YPG-PYD qruplaşmalarına qarşı da göstərməsini gözləyirik”- deyə XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin martın 1-i yaydığı bəyanatda PKK-nın terrorçu qruplaşmalar siyahısında qalacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB