"İrandan Rusiyaya nisbətdə daha ucuz qaz almaq mümkündür." Bunu jurnalistlərə açıqlamasında Ermənistan Energetika nazirinin müavini Qaregin Baqramyan deyib. “Təkliflər olub. Hazırda qiymətin böyüklüyünü açıqlamaq istəmirəm. Belə ki, yekun razılaşma yoxdur, amma yaxın zamanlarda biz qiymət təkliflərimizi ümumiləşdirəcəyik”, - deyə o bildirib.
O, İrandan qaz alışının Rusiya ilə heç bir siyasi problem yaratmayacağını deyib: “Ermənistan indi də İrandan qaz alır, lakin ödənişi nağd yox, elektrik enerjisi ilə edirik. Əgər sərfəli təklif gəlsə, bu qazı pulla alacağıq. Bu əməkdaşlıqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB