General: "Rusiya ordusu yeni tip müharibə aparmağa hazır olmalıdır”

General: "Rusiya ordusu yeni tip müharibə aparmağa hazır olmalıdır”

Rusiyanın geosiyasi rəqibləri yüksəktexnologiyalı rəqibləriylə müharibə aparmağa hazırlaşırlar. Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

“Rusiyanın geosiyasi rəqibləri öz siyasi hədəflərinə təkcə məhdud hədəfləri olan lokal konfliktlər vasitəsiylə çatmaq istəmədiklərini gizlətmirlər. Onlar yüksəktexnologiyalı rəqiblərinə qarşı dənizdən, havadan və kosmosdan yüksək dəqiqliyə malik məhvetmə vasitələrinin cəlbi, aktiv informasiya qarşıdurması vasitəsiylə müharibə aparmağa hazırlaşırlar. Bu şəraitdə Rusiya ordusu yeni tip müharibə aparılması və hərbi konfliktlərə hazır olmalıdır” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə