Kürdlər 1000-dən çox İŞİD-çini əsir götürüb

Kürdlər 1000-dən çox İŞİD-çini əsir götürüb

Əsasən kürd hərbi birləşmələrindən təşkil edilən Suriya Demokratik Qüvvələri 1000-dən çox İŞİD döyüşçüsünü əsir götürüblər. Bunu “RİA Novosti”yə açıqlamasında Suriya Demokratik Qüvvələrinin ABŞ-dakı missiyasının həmsədri Bassam İshaq deyib. “Həlledici döyüşdə 800-ə yaxın döyüşçü əsir götürmüşdük, amma sonra onların sayı artdı. Bu say hər keçən gün dəyişir” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Suriya Demokratik Qüvvələrinin döyüşçüləri İŞİD-in qərarlaşdığı son kənd olan Baquza hücuma keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə