İsraildə ölkə tarixinin ən pis idarəçiliyini həyata keçirən koalisiya hökuməti ilk zərbəni alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail İşçi Partiyasının sədri və müdafiə naziri Ehud Barak partiyasından ayrılaraq knessetdə "mərkəzi, sionist və demokratik" olaraq xarakterizə edilən qrup yaradıb.
Bundan sonra İşçi Partiyasının hökumətdəki digər üzvlərinin də istefası reallaşıb. İşçi Partiyasının koalisiya hökumətindəki üzvü, "Türkiyənin dostu" olaraq tanınan İsrailin sənaye, ticarət və əmək naziri Binyamin Ben-Elizerin ilə ictimai təhlükəsizlik naziri İsaak Herzoq və dövlət naziri Avişay Braverman istefa veriblər.
İşçi Partiyasında baş verən hadisələrdən sonra baş nazir Benyamin Netanyahuya istefasını ilk təqdim edən İ,Herzoq İşçi Partiyasından olan digər nazir həmkarlarını da istefa verməyə çağırıb. İ.Herzoq müdafiə naziri E.Barakı cinayətkarlıqda ittiham edib. O, İsraili quran İşçi Partiyasının böyük bir yükdən azad olduğunu söyləyib. E.Barak isə partiya daxilindəki çəkişmələrdən bezdiyini və onsuz da keçmişdə fərqli ideologiyalara sahib iki qrup olduqlarını etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB