ABŞ PKK-nın terrorçu təşkilat statusunu təsdiqlədi

ABŞ PKK-nın terrorçu təşkilat statusunu təsdiqlədi

Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir. SİA-nın verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir. Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır. Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir. Ankara bunu öz ərazi bütövlüyü üçün təhlükə kimi görür və PKK-nı terror təşkilatları sırasına aid edir.

PKK-nın fəaliyyəti Türkiyə ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Moldova və Yeni Zelandiyada da qadağan edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə