Tunisdə prezident Zin əl-Abidin ben Əlinin ölkəni tərk etməsi ilə nəticələnən hadisələr eyni problemlərin olduğu Misirdə də bənzər bir nəticəni doğura bilərmi? SİA-nın məlumatına görə, bu suala "BBC"nin Qahirə bürösunun əməkdaşı cavab axtarıb. Onun sözlərinə görə, Misirdə artan qida qiymətləri və ağır iqtisadi şərtlər milyonlarla insan üçün həyatı daha da çətinləşdirib. Ölkədə sui-istifadə hallarını nəzarət altına almaq mümkünsüzləşib. Rəhbərlik xalqın səsini getdikcə daha az eşidir. Noyabr və dekabr aylarında keçirilən seçkilər iqtidar partiyasının mövqeyini daha da gücləndirib. Prezident Hüsnü Mübarək 30 ildir ki, iqtidardadır və payızda prezidentliyə namizəd olmağa hazırlaşdığı deyilir. Bildirilir ki, buna görə də Tunis prezidentinin ölkədən qaçmasına Misir xalqının sevinməsi təəccüblə qarşılanmamalıdır.
"Tunis bacardı, biz də bacarmalıyıq"
Qahirədə "BBC" müxbirinə danışan işsiz bir misirli, "bir ərəb olaraq çox xoşbəxtəm. Tunis xalqı bacardı. Bu bizim də çatmalı olduğumuz bir demokratiya səviyyəsidir. Bütün ərəb və Afrika ölkələrində eyni şeyin olması üçün Allaha dua edirəm" deyib. Başqa bir misirli isə "bu bir başlanğıcdır. Bir çox misirlidən eyni şeyi edə biləcəklərini söylədiklərini eşitdim. Yalnız siyasi deyil, ümumilikdə dəyişilməyə ehtiyacımız var" söyləyib. Ancaq bu cəsarətli sözlər hərəkata çevrilməyib. Misir küçələrində həyat normal şəkildə davam edir. Diqqət çəkən hansısa etiraz nümayişi, ya da diqqət çəkən təhlükəsizlik tədbirləri yoxdur. Amma cəmiyyətdəki narahatlıq artır. Misirlilər hökumətdən olduğu qədər müxalifətdən də ümidini kəsmiş vəziyyətdədir. Fəaliyyəti qadağan olunan radikal islamçı hərəkat Müsəlman Qardaşları belə nə edəcəyini bilmir. Parlament seçkilərində bir yer belə qazana bilməyən Müsəlman Qardaşları böyük etiraz aksiyalarına cəsarət edə bilmədi.
Hüsnü Mübarək dövründə Misir zəifləyib
Hüsnü Mübarəkin hakimiyyəti dövründə Misirin güc və nüfuzunu itirdiyi deyilir. Bu yalnız iqtisadiyyat, təhsil, ya da beynəlxalq əlaqələrdə böyük uğurlar qazanılmamasından qaynaqlanmır. Misirlilər bir ideala ehtiyacları olduğunu söyləyir. Camal Əbdül Nasir zamanında bu pan-ərəbizm idi. Ənvər Sədat dövründə isə İsraillə sülh və iqtisadiyyatda libarallaşma hədəfi var idi. İqtidardakı Milli Demokratik Partiyanın tanınmış adamlarından olan Əlaəddin Halalın da dediyi kimi Misirin indi belə bir idealı yoxdur. Halal "misirli səlahiyyətlilər səkisi olan prospektlər, yeni tikilən xəstəxana və otellər kimi statistikasının sevdasına düşdü. Amma dövlətin ideologiyası itib gedib. Heç bir dövlət rəqəmlərlə yaşaya bilməz" deyib. Xalqda gələcəklə bağlı bir ümidsizlik var. Birləşmiş Millətlər Təşkilatına görə, intiharların sayı sürətlə artır. Bir çox vilayətlərdə səslərin saxtalaşdırılmasına və hökumətin məmurları cəsarətləndirməsinə görə, seçkilərdə seçicilərin iştirak faizi tək rəqəmlə ifadə olunur. Buna baxmayaraq, etiraz aksiyaları bir neçə yüz adam toplaya bilir. Etiraz aksiyalarında polislərin sayı narazılardan daha çox olur. Tunislə müqayisədə Misirdə xalqın təhsil səviyyəsi daha aşağıdır. İnternetdən istifadə səviyyəsi də yüksək deyil.
ABŞ Misirdə olanlara dırnaqarası baxmamalıdır
Tarixi olaraq Misirin strateji əhəmiyyəti bu ölkəni xarici müdaxilələr üçün açıq hala gətirib. ABŞ prezidenti Barak Obama Tunisdə baş verənləri uzaqdan izləyə bilər. Amma Misirin çalxalanması onun bütün siyasi gələcəyini təhlükəyə ata bilər. 30 il əvvəl İranda yaşananların Cimmi Karteri məhv etdiyi kimi. Bir çox misirli küçələrə axışaraq hökuməti dəyişdirə biləcəklərini düşünmür. Amma bir çoxlarına görə, ilk olaraq illərdir davam edən ətalətdən xilas olmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB