Pakistan ümid edir ki, Hindistanla genişmiqyaslı hərbi konfliktdən qaçmaq mümkün olacaq, əks təqdirdə bu müharibə qarşılıqlı özünüməhvə səbəb olacaq. SİA xəbər verir ki, bunu CNN-ə müsahibəsində Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi deyib.
“Ümid edirəm ki, bu savaş baş verməyəcək. Bu, qarşılıqlı özünüməhv anlamına gələr. Pakistan heç vaxt eskalasiyaya cəhd edib, düşmənçilik mövqeyi tutmaq istəmir”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı olub. Telefon danışığı Pakistanın baş naziri İmran Hanın təşəbbüsü ilə baş tutub.
Danışıqlarda Pakistan və Hindistan arasında yaşanan son gərginlik müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB