Somalinin paytaxtı Moqadişoda baş verən terror aktında ölənlərin sayı 29 nəfərə çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Maka-Əl-Mukaram küçəsindəki mehmanxanada baş verib, partlayıcı maddə yüklənmiş avtomobillə edilən hücum nəticəsində 80 nəfər yaralanıb.
Bu hadisədən sonra hücum edənlərlə polis arasında atışma olub.
Terror aktına görə məsuliyyət "Aş-Şabab" qruplaşması üzərinə götürüb. Döyüşçülər bildiriblər ki, partlayışdan sonra mehmanxananın içinə soxulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB