Cənubi Koreyada donor olmaq istəyənlərin sayı artıb

Cənubi Koreyada donor olmaq istəyənlərin sayı artıb

Cənubi Koreyanın Kvangju əyalətində donor olmaq istəyən insanların sayı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kvangju şəhərinin rəhbərliyi açıqlayıb ki, 2012-ci ildən etibarən Cənubi Koreyada orqan və ya toxuma bağışlama proqramında iştirak üçün müraciət edən vətəndaşların sayı 142 nəfərə çatıb.

Ən çox müraciət edənlər 40 ildən 60 yaşa qədər olan şəxslər tərəfindən təqdim edilib. 50 yaşdan yuxarı 37 nəfər, 60 yaşdan yuxarı 29, 40 yaşdan yuxarı isə 21 nəfər donor olmaq üçün müraciət edib.

Donorlar arasında 10 yaşdan yuxarı (1 nəfər), 20 yaşdan yuxarı (11 nəfər), 30 yaşdan yuxarı (17 nəfər), 70 yaşdan yuxarı (18 nəfər), 80 yaşdan yuxarı (8 nəfər) nümayəndələr var.

2019-cu ildə donor proqramına iştirak etmək üçün səkkiz nəfər müraciət edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə