ABŞ təyyarələri Rusiya sərhədində kəşfiyyat aparıb

ABŞ təyyarələri Rusiya sərhədində kəşfiyyat aparıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 kəşfiyyat təyyarəsi Baltik və Qara dəniz sahillərində uçuş həyata keçirib. Bu barədə “PlanRadar” müşahidə saytı məlumat yayıb. Bildirilib ki, İtaliyadan havaya qalxan “Boyinq P-8A” təyyarəsi Bolqarıstan hava sərhədini keçdikdən sonra Krımın qərbində uçuş edib.

Təxminən eyni zaman kəsiyində “Boyinq RC-135 V” təyyarəsi isə İngiltərənin aviabazalarından birindən hərəkətə keçib və bir neçə dəqiqə sonra Kalininqrad sərhədində kəşfiyyat aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə