Makrondan "Brexit" açıqlaması: "Sazişi yenidən nəzərdən keçirməyəcəyik"
Paris və Berlin Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üzrə sazişin yenidən nəzərdən keçirilə bilməyəcəyi ilə ortaq fikrə malikdirlər. Bu barədə Parisdə Almaniya Kansleri Angela Merkellə görüşü açan zaman Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Brexit" məsələsi üzrə fikirlərimiz tamamilə üst-üstə düşür. Britaniyanın çıxışı üzrə saziş yenidən nəzərdən keçirilə bilməz. Britaniyaya əlavə vaxt lazımdırsa, müddətin üzadılması barədə məsələni onun Britaniya xalqı tərəfindən dəstəklənəcəyi təqdirdə, araşdıra bilərik", - Fransa Prezidenti deyib.
Eyni zamanda E.Makron qeyd edib ki, aydın perspektivlər olmadan müddətin uzadılmasına dair qərar qəbul etmək olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB