Qazaxıstanın Taraz şəhərində partlayış 3 ölü

Qazaxıstanın Taraz şəhərində partlayış 3 ölü

Qazaxıstanın Taraz şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb. SİA xəbər verir ki, Prezident Nursultan Nazarbayev Qazaxıstanda partlayış zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Qazaxıstan Prezidentinin göstərişi ilə fövqəladə hadisə ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri hadisə yerinə yollanıblar.

Qeyd edək ki, qaz sızması nəticəsində baş verən partlayış səhər saatlarında olub. Binanın 300 sakini təxliyə edilib. İkinci mərtəbədə baş verən partlayış nəticəsində birinci və üçüncü mərtəbələrdə çökmə yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə