Baş nazir Hindistanı danışıqlara çağırıb

Baş nazir Hindistanı danışıqlara çağırıb

Qarşı tərəfin iki təyyarəsini vurduqdan sonra Pakistanın baş naziri İmran Əhməd Xan Niyazı Hindistanı danışılqara çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İmran Xan Hindistanı danışıqlara, ağıl və məntiq yolunun tutulmasına çağırıb.

Qeyd edək ki, Pakistan tərəfi bu gün Hindistanın iki hərbi təyyarəsini vurduğunu və pilotlardan birinin ələ keçdiyini bildirib.

Hindistanın Xarici İşlər Nazirliyi də Pakistanın bir hərbi təyyarəsinin vurulduğunu bəyan edib.

Qeyd edək ki, Hindistan tərəfi də ötən gün elan edib ki, onlar Pakistan nəzarətində olan Kəşmirin Balakut bölgəsində “Ceyş-Məhəmməd” birləşməsinin qərargahlarını vurublar.

İki ölkə arasında gərginlik, cari ayın ortalarında Kəşmirdə 40 hindistanlı hərbçinin ölümündən sonra başlayıb. Rusiya, Türkiyə və İran Xarici İşlər Nazirlikləri tərəfləri soyuqqanlı olmağa çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə