Pakistan-Hindistan sərhədində yaşanan hərbi gərginlik səbəbindən təhlükəsizlik tədbirləri ilə əlaqədar bir çox aeroportlar mülki uçuşlar üçün bağlanılıb. Xarici KİV-lər xəbər verir ki, Hindistan hava limanı idarəsinin məlumatına əsasən, Cammu və Kəşmir ştatında yerləşən Srinagar, Cammu və Ləh aeroportları, həmçinin Haryana və Pəncab əyalətlərinin ortaq mərkəzi Çandigarh, Pəcab əyalətindəki Amritsar hava limanları bütün aviareysləri dayandırıb.
Pakistan və Hindistanın hava məkanlarından istifadə etməli olan mülki təyyarələr qalxdıqları aeroportlara geri dönür və ya alternativ marşrutlardan istifadə edir.
Pakistanın mülki aviasiyası idarəsi də öz növbəsində Lahor, Multan, Feysəlabad, Sialkot və paytaxt İslamabad da daxil olmaqla beş aeroportda uçuşların ləğv edildiyini, həmçinin ölkənin hava məkanının kommersiya reysləri üçün bağlandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB