Nigeriyada seçkilər zamanı qarşıdurma 27 ölü

Nigeriyada seçkilər zamanı qarşıdurma 27 ölü

Nigeriyada prezident seçkiləri zamanı baş verən qarşıdurma nəticəsində ən azı 27 nəfər ölüb. SİA bu barədə “Al Jazeera”yə istinadən xəbər verir.

“Seçkilərdən əvvəl çoxlu sayda şiddət hadisələri 251 nəfəri qurbana çevirmişdi. Bu baxımdan bu cür hadisələrin seçkilər zamanı baş verəcəyini xəbərdarlıq etmişdik. Lakin hakimiyyət bunun qarşısının alınması istiqamətində heç bir addım atmadı”- hüquq müdafiəçilərinin bəyanatında deyilir.

Xatırladaq ki, fevralın 24-də Nigeriyada prezident seçkiləri zorakı daxili qarşıdurmalara baxmayaraq baş tutub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə