Misir müxalifəti də Azərbaycan müxalifətindən geri qalmadığını göstərib. SİA-nın məlumatına görə, Misirdə parlamentə daxil ola bilməyən müxtəlif partiyalarına mənsub keçmiş millət vəkilləri ilə müxalif qruplar və vətəndaş cəmiyyət təşkilatlarının nümayəndələri alternativ parlament yaratdıqlarını elan ediblər. Qeyd edək ki, parlamentinə düşə bilməyən Azərbaycan müxalifəti də İctimai Palata adlanan qurum yaradıb.
Misir mediasında yayılan xəbərlərə görə, Sabah Partiyasının rəhbəri Eymen Nur ilə ölkənin ən böyük müxalif qrupu sayılan Müsəlman Qardaşlar Təşkilatından çox sayda keçmiş millət vəkili alternativ parlamentdə yer alıb. Ümumilikdə alternativ parlamentdə 50 keçmiş millət vəkilindən əlavə 43 nəfər də təmsil olunacaq. Alternativ parlamentin üzvləri konstitusiya dəyişikliyini tələb edəcəklərini bildiriblər. Alternativ parlamentin ilk işi prezidenti postundan getməyə məcbur edən Tunis xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Qahirədəki Tunis səfirliyinə getmək olacaq.
Qeyd edək ki, 2010-cu ilin dekabr ayında keçirilən seçkilər müxalifət partiyaları üçün uğursuz olub. 508 yerlik Misir parlamentində 420 yeri iqtidardakı Milli Demokratiya Partiyası qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB