İraq hökuməti Səddam Hüseyn rejimi dövründə edam edilən 300 küveytli məhbusun qalıqlarını Küveytə təhvil verib. SİA-nın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bunu Bəsra şəhərinin polis rəisi, itkin düşmüşlərin axtarışı üzrə İraq-Küveyt Komitəsinin üzvü Reşid Fıleyx bildirib.
Onun sözlərinə görə, İraqda 613 küveytli itkin düşüb, hazırda 300 nəfərin qalıqları aşkar edilərək Kuveyt müvafiq orqanlarına təhvil verilib.
"İtkin düşmüş vətəndaşların axtarışı davam edir, bu istiqamətdə Cənub İraqdakı Zikar bölgəsində işlər aparılır", - Fıleyx deyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB