Cənubi Amerikada 7,7 bal gücündə zəlzələ olub

Cənubi Amerikada 7,7 bal gücündə zəlzələ olub

Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.

Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə