Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi anbarın yandırılmasının qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hazırda hüquq-mühafizə orqanları operativ istintaq hərəkətlərini davam etdirir.
Xatırladaq ki, fevralın 1-də meşəlik ərazidə Ukrayna Silahlı Qüvvələrinin silah anbarının yaxınlığındakı mühafizə zonasına yaxınlaşan üç şübhəli vətəndaş aşkarlanaraq tutulub. Həmin şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə