Avropanın qənimi “Etna” yenidən oyanıb

Avropanın qənimi “Etna” yenidən oyanıb

İtaliyanın Siciliya adasında Avropanın ən böyük və hündür vulkanı olan "Etna" yenidən aktivləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vulkanın püskürdüyü kül səbəbindən bölgədəki iki hava limanı müvəqqəti olaraq bağlanıb. Ərazidə kiçik yer titrəyişləri də qeydə alınıb. Adanın şərqində yerləşən Kataniya və Taormina şəhərlərindən püskürməni müşahidə etmək olur.

 

Mütəxəssislər püskürmənin aktivləşəcəyini istisna etmir. Yaranmış vəziyyətlə əlaqədar ölkənin Mülki Müdafiə Xidmətinin dəstələri hazırlıq vəziyyətinə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə