"H2LC" qrip virusu İranda tələfata səbəb olub. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, artıq 13 İran vətəndaşı ölüb. Əhaliyə bu xəstəlikdən mümkün qədər qorunmaq tövsiyə olunur. Virusa Misir Ərəb Respublikasının istirahət zonalarında istirahət edən şəxslərin yoluxması ehtimal olunur.
Qeyd edək ki, Misir ərazisində "H2LC" virusunun yayılması haqqında məlumat verilmir. Misir Respublikasının Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ötən həftə ərzində ölkə ərazisində 800 nəfərdə "H1N1" virusuna yoluxma halı qeydə alınıb. Həmin şəxslərdən 20-nin öldüyü bildirilir.
Eyni zamanda İranın cənubunda fəaliyyət göstərən neft-kimya kompleksində partlayış baş verib. Xark vilayətinin Buşəhr şəhəri yaxınlığında qeydə alınmış hadisə nəticəsində yanğının daş verməsi və ölənlərin olması barədə məlumat verilmir. Bildirilir ki, əraziyə dərhal yanğınsöndürənlər cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB