Macarıstandan ABŞ-a tutarlı cavab

Macarıstandan ABŞ-a tutarlı cavab

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə öz vətəndaşlarını – İŞİD-də vuruşan terrorçuları əsirlikdən götürərək məhkəmələrə təslim etməsi barədə çağırışını belə cavablandırıb. Nazir deyib: “Mənim fikrimcə, hazırda əsas səylərimiz ondan ibarət olmalıdır ki, biz onların Avropaya qayıtmasına imkan verməyək... Hesab edirəm ki, bu, biz avropalıların qarşısında duran başlıca məsələlərdən biridir. Biz Qərbi Balkan marşrutunu mümkün olan dərəcədə qapalı qoruyub saxlamalı, onların Avropaya qayıtmalarına maneələr yaratmalıyıq”.

Xatırladaq ki, amerikalı məmurların dəyərləndirməsinə görə, Suriyanın şimalındakı həbsxanalarda 40-a yaxın ölkədən 800-dək məhbus saxlanılır. Onlar hazırda “YPG” terror təşkilatının özəyi olan “Suriya demokratik qüvvələri” kürd koalisiyasının nəzarəti altındadırla

Bütün xəbərlər Facebook səhifəmizdə