ABŞ-ın Klinton şəhərində (Missisipi şəhəri) naməlum şəxs yaşayış binasında bir neçə nəfəri girov götürüb. SİA-nın "Associated Press" agentliyinə istinadən məlumatına görə, silahlı şəxs girovlardan 4-nü qətlə yetirib.
Bildirilir ki, silahlı şəxs polis tərəfindən saxlanılıb, lakin onun kimliyi açıqlanmır. Saxlanılan şəxsin girovları 12 saata yaxın binada saxladığı bildirilir.
Qeyd edilir ki, polislər binada olan 2 uşağı xilas ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə