Misir və Çində ağır yol-nəqliyyat qəzası baş verib

Misir və Çində ağır yol-nəqliyyat qəzası baş verib

Misirdə insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Qahirə şəhərindən şimalda yerləşən Şarkiya əyalətində altı minik avtomobilinin toqquşması 33 nəfərin ölümü, 30 nəfərin isə yaralanması ilə nəticələnib. Qeyd edək ki, ölənlərin əksəriyyəti uşaqdır. İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

 

Eyni zamanda Çində də ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə ölkənin Henan əyalətinin mərkəzində Siçuan şəhərində qeydə alınıb. İlkin məlumata görə, 16 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbi və qəzaya uğramış nəqliyyat vasitələri barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə