Almaniyada gəmi qəzaya uğrayıb

Almaniyada gəmi qəzaya uğrayıb

Reyn çayının Almaniya ərazisindən keçən hissəsində gəmi qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, uzunluğu 100m olan tanker Sankt-Qoarsxauzen şəhəri yaxınlığında batıb. Nəticədə 2 nəfər itkin düşmüş hesab edilir. Qəza zamanı gəmidə olan digər 2 nəfər isə xilas edilib. Hadisə zamanı tankerin göyərtəsində 2 min ton sulfat turşusunun (H2SO4) olduğu qeyd edilir.

 

Maddənin suya düşməsi barədə məlumat verilmir. Təhlükəsizlik tədbirləri çərçivəsində Reyn çayının Almaniya ərazisindən keçən hissəsində gəmi və qayıqların hərəkəti dayandırılıb. Hazırda ərazidə aparılan axtarış-xilasetmə işlərinə vertolyotlar da cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə