Tramp "nüvə oğlan"la görüşə gedir

Tramp "nüvə oğlan"la görüşə gedir

ABŞ və Koreya Xalq Demokratik Respublikasının liderlərinin ikinci görüşü 27-28 fevralda Hanoedə keçiriləcək. SİA xəbər verir ki, bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsindən paylaşıb.

Prezident bildirib ki, mənim nümayəndələrim çox səmərəli görüşdən və mənim Kim Çen Inla ikinci sammitimin yeri və vaxtının razılaşdırılmasından sonra Şimali Koreyanı tərk ediblər: “Görüş 27 və 28 fevral tarixlərində Vyetnamın Hanoe şəhərində baş tutacaq. Kim Çen In ilə görüşü və sülh işinin irəliləyişini səbirsizliklə gözləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə