ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın Orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib. Trend-in məlumatına görə, H.Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxış edərkən deyib. O bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil: "Tramp administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir, çünki ABŞ-ın bu addımı Moskvaya da Vaşinqtonun ardınca sazişdən çıxmaq qərarı verməyə imkan yaradıb".
H.Klinton əlavə edib ki, sazişlə bağlı Rusiya ilə fikir ayrılıqları regionda gözlənilməzlik amilini gücləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB