ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması qrafiki mövcud deyil. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib.
“Son günlər Taliban hərəkatının bəzi vəzifəli şəxsləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qrafikinin onlarda olduğunu iddia edirlər. Bu məsələyə aydınlıq gətirirəm: qoşunların çıxarılmasına dair heç bir qrafik mövcud deyil”, - deyə Xəlilzad bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB