“Türkiyə bu sayaq yalanları qəbul etmir”

“Türkiyə bu sayaq yalanları qəbul etmir”

"Qondarma “Erməni soyqırımı” tarixi gerçəkliklə ziddiyyət təşkil edən, əsassız siyasi yalandır”. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 1925-ci ildə Osmanlı dövlətindəki hadisələrlə bağlı rəsmi Ankaranın ünvanına edilən hücumlara açıqlamasında vurğulayıb. “Türkiyə bu sayaq yalanları qəbul etmir”, - deyə İbrahim Kalın qeyd edib.

Prezidentin sözçüsü bildirib ki, rəsmi Ankara Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün “erməni soyqırımı günü” kimi qeyd olunması haqqında qərarını mühakimə edir: “Makronun tarixi gerçəklikləri siyasi ambisiyasının xeyrinə təhrif etməsi yolverilməzdir. Tarixi hadisələr siyasi alət olmamalıdır”.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nün ölkəsində qeyd olunması barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə