Ukrayna yeni növ raket istehsalına başlayacaq. SİA-nın yerli mətbuata istinadən məlumatına görə, Ukrayna xarici işlər naziri Pavel Klimkin “Amerikanın səsi” telekanalına müsahibəsində ölkəsinin yeni növ raketlərin istehsalına başlayacağını istisna etməyib. Bildirib ki, Rusiya və ABŞ-ın raket razılaşmasından çıxması Ukrayna üçün yeni çağırışlar yaradıb.
Pavel Klimkin qeyd edib ki, biz bu çağırışlara layiqincə cavab verməliyik:"Ukraynanın bu sahədə təcrübəsi, intellekti var. Bizim raket silahının istehsalı ilə bağlı kifayət qədər potensialımız mövcuddur. Yeni raketlərin istehsalını düşünürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB