Meksika sərhədində sədd tikintisi üçün vəsait ayırmağa Konqres tərəfindən razılıq verilməzsə, sərhəddə insanlardan ibarət canlı sədd qurula bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
“Cənub sərhədimizi keçmək üçün Meksika ərazisi ilə saysız-hesabsız insanlar gəlir. Artıq əlavə hərbi qüvvələr göndərmişik. Lazım gələrsə, insanlardan canlı sədd də qurarıq”, - deyə Tramp yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB