İran 100 kilometr uçuş məsafəsi olan idarə olunan yeni raket istehsal edəcək. SİA-nın FARS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı İran Hava Qüvvələri Komandirinin köməkçisi general Məhəmməd Rıza Karaşki verib. 900 kiloqram ağırlığındakı raketlərin istehsalına qarşıdakı aylarda start veriləcək. Bu raketlər üçüncü nəsil hesab olunur.
İran ordusunun səlahiyyətlisi "Qasid-3" adı verilən raketlərin dünyanın ən güclü idarə olunan raketlərdən olduğunu bildirib. General İranda bu raketlərin istehsalı işlərinə İraqla aparılan 8 illik müharibənin sonlarından başlandığını və hal-hazırda bu silahların istifadəsi ilə bağlı heç bir problemləri olmadığını bildirib. O, "Qasid-3"lərin 100 kilometrdəki bir hədəfi yalnız bir neçə metrlik fərqlə vura bilmək xüsusiyyətinə sahib olduğunu qeyd edib.
General İran Hava Qüvvələrində hələ də istifadə edilən və 50 kilometr uçuş məsafəsi olan ikinci nəsil raketlərin olduğunu xatırladıb. Qeyd edək ki, İran Hava Qüvvələri 2009-cu ilin sentyabr ayında "Qasid-1" və "Qasid-2"lərin İran körfəzində keçirilən hərbi təlimlərdə uğur qazandığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB