Rəsmi Pekin ABŞ müdafiə naziri Robert Qeytsin səfərindən əvvəl Vaşinqtona gücünü göstərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin istehsal etdiyi hərbi təyyarənin ilk uçuşunu reallaşdırıb. Ekspertlər uçuşun R.Qeytsin səfəri isə üst-üstə düşməsini təsadüfi saymır.
ABŞ müdafiə naziri "J-20"nin ilk uçuşu ilə əlaqədar olaraq Hu Çintauya sual verdiyini deyib: "Mən bu məsələni ondan soruşdum və o, bu uçuşun mənim səfərimlə əlaqəsi olmadığını, əvvəldən planlaşdırılğını söyləyib". Jurnalistlərin "Bu açıqlamaya inanırsınızmı?" sualına cavab olaraq R.Qeyts "Hu Çintaunun sözlərini qəbul edirəm"- deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB