İsrail Türkiyə vətəndaşlarının Qüdsü ildə bir dəfədən çox ziyarət etmələrini və yaşı 18-dən aşağı olan türk vətəndaşlarının valideynsiz şəhərə girişini qadağan edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, “Burak” Müqəddəs Məkanları Tanıtma və Mədəniyyət Dərnəyinin rəhbəri Adəm Yenihəyat 2018-ci ildə Qüdsdə yaşanan proseslərlə bağlı yazılı açıqlama ilə çıxış edib.
Açıqlamada bildirilib ki, Qüdsdəki Məscidi-Aksanın içərisində Türkiyə bayrağının açılması da qadağan olunub.
İsrail tərəfi Türkiyə vətəndaşlarının Qüdsə səfərlərinin artmasından narahat olduğu üçün belə bir qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB