Rusiya Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Sazişdəki (OYMR) iştirakını dayandırıb. SİA "RT"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Biz bu yolla davam edəcəyik. Cavabımız eyni olacaq. Amerikalı tərəfdaşlarımız müqavilədə iştiraklarını dayandırdıqlarını açıqladılar və biz dayandırırıq. Onlar elan etdilər ki, təcrübi-eksperimental işlərlə məşğul olurlar, bizdə eyni işlə məşğul olacayıq", deyə o bildirib.
Prezident, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyini OYMR problemi üzrə yeni danışıqlar başlatmamağa çağırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB