Anti-korrupsiya kampaniyası nəticəsində 107 milyard dollara qənaət edildi
Səudiyyə Ərəbistanı büdcədə milyardlarla dolları kompensasiya edən anti-korrupsiya kampaniyasını başa çatdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət korrupsiya faktına görə, büdcəyə dəyən zərərləri 100 milyard dollar məbləğində qiymətləndirib. Anti-korrupsiya kampaniyası nəticəsində isə təxminən 107 milyard dollar məbləğinə qədər qənaət etmək mümkün olub.
Səudiyyə rəsmiləri korrupsiyaya dair araşdırma aparan xüsusi komitənin işinin nəticələrini rəsmən təqdim ediblər. Bildirilib ki, kampaniyanın nəticələrinə əsasən, büdcəyə 400 milyard rial (106,6 milyard dollar) pul, qiymətli kağız, daşınmaz və digər aktivlər şəklində kompensasiya edilib. 15 ay davam edən kampaniya başa çatdırılıb.
Baş prokurorluğun açıqladığı məlumata görə, son bir neçə onillikdə ölkədə həyata keçirilən sistemli korrupsiya nəticəsində ən azı 100 milyard dollar silinib. Lakin kampaniya nəticəsində itirilmiş pulları geri qaytarmaq mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB