İranda internetə giriş məhdudlaşdırılır?

İranda internetə giriş məhdudlaşdırılır?

“İranda internetə girişin məhdudlaşdırılmasına ehtiyac var”. “Anadolu” agentliyi xəbər verir ki, bunu İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin Sistan və Bəlucistan əyalətində təşkil edilən hakimlərin elmi və mədəni konfransıda bildirib.

“İnternetə girişin tarixi prosesə bağlı olduğunu düşünənlər var. Ancaq belə deyil, gənclərin yanlış mərkəzlərə yönəlməsinə mane olmalıyıq”, - deyə o qeyd edib. Baş prokuror vurğulayıb ki, İrana düşmən kəsilən ölkələr sosial media vasitəsilə ölkəsinə qarşı psixoloji savaş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə