Merkel “Facebook” səhifəsini bağladı

Almaniya kansleri Angela Merkel özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsini ləğv etmək qərarına gəlib. TASS informasiya agentliyi xəbər verir ki, Angela Merkel bu barədə fevralın 1-də yayımlanan videomüraciətində bildirib. Almaniya kansleri öz qərarını indiyə qədər səhifəsini Xristian-Demokratik İttifaqının sədri qismində istifadə etməsi ilə izah edib. Siyasətçi ötən ilin axırlarında bu vəzifəni tərk etdikdən sonra şəxsi səhifəyə ehtiyac görmür.

Angela Merkel siyasi həyatını izləmək istəyənlərə Almaniya hökumətinin federal akkauntuna abunə olmağı tövsiyə edib.

Qeyd edək ki, Almaniya kanslerinin “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsinə 2,5 milyondan çox insan abunədir.

Bütün xəbərlər Facebook səhifəmizdə