İndoneziyanın Sulavesi adasında 28 sentyabr 2018-ci ildə baş verən zəlzələ və sunamidə ölənlərin sayı 4340 nəfərə yüksəlib. SİA "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Mərkəzi Sulavesi əyalətinin qubernatoru Lonqka Janqqola məlumat verib.
Onun sözlərinə görə, ən çox qurban Palu şəhərində qeydə alınıb. Burada 2,141 nəfər həlak olub. Qeyd edilir ki, Sigi ərazisində - 289, Donqala şəhəri - 212, Paruş - 15 nəfər ölüb.
Qubernator bildirib ki, 667 nəfər hələ də itkin düşmüşlərin siyahısındadır, 1016 nəfərin şəxsiyyəti müəyyən edilməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB