Fransada atışma olub

Fransada atışma olub. Bu barədə "France Press" məlumat yayıb. Məlumata görə, hadisə Korsika adasında, Bastiya şəhərində baş verib. Hadisə zamanı 5 nəfər yaralanıb. BFM telekanalı isə polisdəki mənbəyə istinadən atışma zamanı 1 nəfərin öldüyünü xəbər verib.

Hadisənin təfərrüatı açıqlanmır. Daha əvvəl Sena və Marna departamentlərində baş vermiş atışmada 3 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə