Səudiyyə Ərəbistanı Bələdiyyələr Nazirliyi korrupsiyada günahlandırılan 126 vəzifəli şəxs işdən azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə nazirlik özü açıqlayıb.
Məlumata görə, Ər-Riyad, ölkənin iqtisadi paytaxtı olan Ciddə də daxil olmaqla 15 şəhərdə vəzifəli şəxslər işlərindən azad ediliblər.
Qeyd edək ki, 2017-ci ilin payızından ölkəyə başçılıq edən Məhəmməd bin Salman korrupsiyaya qarşı kütləvi mübarizə tədbirlərinə başlayıb. Burada yüzlərlə siyasətçi, iş adamı və kral ailəsinin üzvləri, əsas beynəlxalq investor Şahzadə Alvalid bin Talal da daxil olmaqla nəzarətə götürülüb. Onların əksəriyyəti aktivlərinin bir hissəsini dövlət vermək əvəzində həbsdən azad ediliblər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB