“İranın cənub-şərqindəki Zahedan şəhərində iki partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 nəfər yaralanıb. Bu barədə Sistan-Baluçistan Vilayət Təhlükəsizliyi İdarəsinin rəhbəri Məhəmməd Qənbəri İran dövlət televiziyasına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, hazırda hadisə bölgəsində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Qənbəri hadisənin yerli vaxtla saat 20.30-da baş verdiyini açıqlayıb.
Fövqəladə vəziyyət barədə əlavə məlumat verilmir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB