İtaliya mediası: "Putinlə Ərdoğanın bir-birinə ehtiyacları var"

İtaliya mediası: "Putinlə Ərdoğanın bir-birinə ehtiyacları var"

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir-birinə ehtiyacları olduğunu çox yaxşı bilirlər. Axar.az xəbər verir ki, bu barədə İtaliyanın "Della Querra" xəbər saytında məqalə dərc edilib.

"Ərdoğanın bir məqsədi var: Suriyanın şimalının Türkiyənin nəzarəti altına girməsi. Putinin isə fərqli məqsədləri var: Suriyadakı müharibənin başa çatması, Bəşər Əsədin vəzifəsinə davam etməsi və ölkənin parçalanmasının qarşısının alınması", - məqalədə qeyd edilib.

Qeyd edilir ki, Ərdoğanla Putinin tandemi istər enerji, istərsə də müdafiə sektorunda da təsirlidir, ancaq bu əməkdaşlığın önünü açacaq əsas açar Suriyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə