Kiyev meri, ukraynalı məşhur boksçu Vitali Kliçko Avstriyada xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Oksana Zinovyeva məlumat verib. O bildirib ki, Kliçko Sankt Yohann-in Trol şəhərində xəstəxanalardan birində həkim nəzarəti altındadır:
“Vitali Kliçko Avstriyada müalicədən və reabilitasiyadan keçəcək. Onun keçmişdə kürəyindən aldığı zədənin pisləşməsi müşahidə olunub”.
Sözçü əlavə edib ki, boksçu hələ 26 yanvarda, Davosda olan zaman xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Kliçko 2007-ci ildə amerikalı Cəmil Makklaynla döyüşə hazırlaşan zaman kürəyindən ciddi zədə almışdı. Döyüş təxirə salınmışdı və Kliçko əməliyyat olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB